Bu gün Azərbaycanın yeni baş prokuroru təsdiqlənir
- 1-05-2020, 09:52
- 1 221
İclasda baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi müzakirə ediləcək.
Qeyd edək ki, Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti bitib. Z.Qaralov 2000-ci ilin 25 aprelindən baş prokuror vəzifəsində işləyib.