Prezident Niyaməddin Musayevi təltif etdi - SƏRƏNCAM
- 30-04-2020, 16:30
- 1 861
Sərəncamla Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Akif İzzətulla oğlu Əsgərov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.