Nazir Kamran Məmmədovu rəis TƏYİN ETDİ

Cəmiyyət

Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Ayaz Məmmədov vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə isə, Kamran Məmmədov təyin edilib.

Qeyd edək ki, K.Məmmədov bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsində çalışıb.