Saxlanılan icra başçısı kim olub? – Ofisant, usta, satıcı…
- 29-04-2020, 14:26
- 2 436
Unikal.org saxlanılan M.Quliyevin "kafe müdirliyindən icra başçılığına" kimi gələn yola nəzər salıb.
Məlum olub ki, Mahir Quliyev 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə "Yenilik" qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, işləyib.
1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə Səbail rayonunda (o zaman bu rayon "26 Bakı Komissarı" adlanırdı) İctimai iaşə idarəsində satıcı, inzibatçı, “Sahil” restoranında, ofisant, müavin və buranın müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.