Daxili İşlər Nazirliyində yeni təyinat

Cəmiyyət

DiN-in Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinə yeni rəis təyin edilib.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən həmin baş idarənin baş müstəntiqi Polis polkovnik-leytenentı İbrahimxəlil Əhmədov Nəqliyyatda Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, 2009-cu ildə İbrahimxəlil Əhmədovun burnu sındırılmışdı. Belə ki, o, iş üçün Nərimanov rayon Məhkəməsinə daxil olarkən, məhkəmənin qarşısında iki nəfər onu döyüb, ağır bədən xəsarətləri yetirib. Nəticədə İ.Əhmədovun burnu sınıb.