Gələn aydan 190 manatı belə alacaqsız - Ödəmə qaydası dəyişir
- 22-04-2020, 10:30
- 875
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İTV-yə açıqlamasında bank hesabı açmaq üçün əhalinin heç bir narahatlığına əsas olmadığını bildirib:
"Vətəndaşlarımızın diqqətinə çatdıraq ki, onlara əlavə müraciət etməyə ehtiyac olmayacaq. Sistem avtomatlaşdırıb, onların elə ilkin müraciəti əsasında heç bir xərc tələb etmədən – rüsumsuz, bank xərcsiz - əlavə olaraq bank hesabları açılacaq, sifarişlər gedəcək və onların may ayı üçün müavinətləri birbaşa həmin bank hesablarına ödəniləcək. Yəni aprel ayında müavinətləri almış şəxslərin 190 manatı 30 gün aralıqla may ayında heç bir əlavə müraciət etmədən bank hesablarına ödəniləcək”.