Mətbuata aidiyyatı olmayan müəlliməyə jurnalistlər binasından mənzil verilib - FOTO
- 20-04-2020, 10:35
- 1 465
Nailə Nağıyeva 194 №-li orta məktəbdə astronomiya, fizika müəlliməsi işləyir. Yəni, jurnalistlər binasından fizika müəlliməsi mənzil alıb. "Alıb...".
Nailə xanım 1975-ci il təvəllüdlüdür (13.10.1975), 2006-cı il dekabrın 1-dən isə, bu günə qədər 194 №-li məktəbdə müəllimə işləyir. Ən dəhşətlisi isə budur ki, Nailə Nağıyeva bircə gün belə "Novoye Vremya" qəzetinin redaksiyasına gəlməyib. "Google"-da axtarış zamanı isə, Nailə Nağıyevanın imzası olan bircə yazı belə tapılmadı".
Bu ilginc faktı ortaya çıxardığı üçün, həmkarımıza "əhsən!' düşür. Çünki jurnalist binalarındakı bir çox mənzillərin mətbuata aidiyyatı olmayanlara verilməsi barədə, araz.az saytının redaksiyasına da sensasion məlumatlar daxil olub. Bu səbəbdən, bu məlumatdakı faktların qeyri-dəqiqliyinə, zərrə qədər də olsa, şübhəmiz qalmır. Tezliklə, biz də, əlimizdə olan həmin faktların dərcini planlaşdırırıq.
Sonda onu da bildiririk ki, araz.az saytı olaraq, bu məlumatda adı hallanan qarşı tərəfin cavab haqqını da tanıyırıq.
araz.az