Nazir polkovnik-leytenanta yeni vəzifə verdi - ƏMR
- 20-04-2020, 10:32
- 1 843
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Elşən Qayıbov vəzifəsindən azad edilib. Digər əmrlə Elşən Qayıbov Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin rəisi təyin olunub.