Prezident Arif Məmmədovu “Şöhrət” ordeni ilə təltif etdi
- 17-04-2020, 14:55
- 942
Ölkə başçısının sərəncamında deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Arif Əhməd oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin".