Xaçmazda iki bölməyə yeni polis rəisi təyin olunub

Cəmiyyət

Xaçmaz Rayon Polis Şöbəsənin (RPŞ) iki Polis Bölməsinə (PB) yeni təyinat olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Vüqar Hacıyev Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin rəisi təyin edilib. O, bundan əvvəl Quba RPŞ-nin Qonaqkənd PB-nin rəisi olub.

Polis mayoru Cavanşir Orucov isə Yalama PB-yə rəis təyin olunub.