Aprelin 20-dən sonra toy və yas mərasimlərinə icazə veriləcək?
- 14-04-2020, 12:43
- 1 120
Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, aprelin 20-dən sonra toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməyəcək: "Mayın ortalarına kimi bu qadağanın davam edəcəyi gözlənilir. Çünki gedişat bunu göstərir. Bu həm də təkcə Azərbaycanla bağlı olan məsələ deyil. Dünya təcrübəsi onu göstərir ki, karantin rejmi uzanacaq. Verilən informasiyalar onu göstərir ki, belə optimist olmağımız hələ tezdir. Səbrlə gözləməliyik. Bu məsələdə tələsmək lazım deyil".