Gömrük Komitəsinin də İqtisadiyyat Nazirliyinə verilməsi gözlənilir... - İDDİA
- 13-04-2020, 13:03
- 1 184
Məlumatlı mənbə iddia edir ki, sön günlər DGK sədri Səfər Mehdiyevlə bağlı neqativlərin artması, eyni zamanda ciddi yeyinti faktları və habelə DGK-nın ayrı-ayrı rəhbər işçilərinin məhz Səfər Mehdiyevlə yaxın olmaları səbəbindən rəsmən qoçuluq etmələri hallarının intensivləşməsi nəhayətdə köhnədən planda olan məlum qərara yeni münasibəti formalaşdırıb. Mənbənin dia.az-a söylədikləri:
"Düşünülməsin ki, Səfər Mehdiyevin xalası oğlu ilə bağlı faktların yerli KİV-dəki rezonansı bu pandemiya təlaşı dövründə it-bata düşəcək. Belə deyil. Yaxın günlərdə reaksiyaları hər kəs görə bilər. Artıq ciddi müzakirələr aparılır. Ya Səfər Mehdiyev gedir, ya da DGK ümumiyyətlə, ləğv olunaraq İN-ə birləşdirilir".
Mənbə sözügedən məqamla bağlı yeni bilgilər də verib. Yaxın vaxtlarda daha geniş materialımızda həmin faktları təqdim edəcəyik. Bizi izləməkdə davam edin...
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...