Daxili işlər orqanlarında kadr dəyişikliyi - Yeni təyinat

Cəmiyyət

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəis müavini Yelmar Mehdiyev vəzifəsindən azad edilib.
O, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Nazirin digər sərəncamı ilə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəis müavini vəzifəsinə Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin rəis müavini Mehman Qurbanov təyinat alıb.