Fonda 100 min manat ianə köçürən şəxs hansı nazir müavinin oğludur? - FOTO
- 10-04-2020, 10:29
- 4 543
Verilən məlumatına görə, ölkə başçısının çağırışı əsasında “COVID-19” pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə dəstək olmaq üçün Fonda ianə köçürənlərdən biri də Cavadov Süleyman Gülməmməd oğludur. O, Fonda 100 min manat məbləğində ianə edib.
Təəssüf ki, bu xeyirxah əməlin yiyəsinin nə işlə məşğul olduğu barədə heç bir məlumat verilmir. Ancaq təqdim edilən fotodan görünür ki, Fonda 100 min manat köçürən şəxs kifayət qədər cavan insandır və onun nə işlə məşğul olduğu marağımızı kəsb etdi. Azinforum.az-ın apardığı araşdırmadan sonra məlum olub ki, xeyriyyəçilik edən şəxs energetika nazirinin müavini Gülməmməd Cavadovun oğludur. Bu xeyriyyəçiliyi edən şəxsin özünün hansı sahədə çalışdığı barədə məlumat əldə edə bilmədik.