SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Məhkumların azadlığa buraxılması prosesi davamlı olaraq həyata keçirilməlidir”

“Məhkumların azadlığa buraxılması prosesi davamlı olaraq həyata keçirilməlidir”

Tarix:

8-04-2020, 15:43

/ 2 104 dəfə oxundu.
“Məhkumların azadlığa buraxılması prosesi davamlı olaraq həyata keçirilməlidir”

Məlumdur ki, Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncam dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalanıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 176 məhkum şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. Hətta əfv olunan məhkumlar sırasında ömürlük cəzaya məhkum olunanlarda var.
Bundan öncə Prezident İlham Əliyevin sərancamı ilə 200-ə yaxın məhkum azadlığa buraxılaraq ailələrinə qovuşdu. Ardınca – 176 məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilməsinə dair əfv sərancamı imzalandı. Bu həm də bir ənənvi göstərici idi.

Preizdent İlham Əliyevin belə bir şəraitdə, ölkəmizin pandemiya təhlükəsi ilə üz-üzə qaldığı indiki ağır bir dönəmdə CÇM-də yaşı 65-dən yuxarı olan məhkumların bu pandemiyaya yoluxma riskinin daha yüksək olduğu ehtimalı ilə belə bir humanizm prinsipi ənənələrindən irəli gələn əfv sərancamı imzalaması təqdirə layiq haldır. Və, bu hər kəs tərəfindən də alqışlanır.
Öncəliklə deyim ki, cənab Prezidentin cəmiyyətə töhvə verən bu kimi humanizm siyasətinin davamlı şəkildə aparılacağına əminəm. Düşünürəm ki, belə bir vəziyyətdə, yəni dünya ölkələrinin koronavirus pandemiyasına yoluxduğu bir məqamda bunun davamlılığı olduqca vacib və zəruridir. Nəinki yaşı 65-dən yuxarı olan məhkum şəxslərin cəzanın çəkilməmiş hissəsindən azad edilməsi, inanıram ki, yaxın günlərdə azadlıqdan məhrum edilərək bağlı qapılar arxasında olan və hər zaman, o dəmir qapılar arxasından məğrur-məğrur AZADLIĞA doğru boylanan digər məhkumların da əfv olunmalarına dair digər bir qanun layihəsi hazırlanıb təsdiq ediləcək və yaxud, bu, amnistiya aktıda ola bilər ki, cənab Prezident bu aktın qəbul olunması üçün Sərancam imzalamaqla digər məhkumlarında azadlığa çıxmasına qapı açacaqdır.
Gəlin etiraf edək ki, Cəzaçəkmə Müəssisələrində kifayət qədər səhətində problemlər yaşanan, eləcə də ictimai təhlükə törədən və ya törətməyən, ağır, az ağır, istər bilərəkdən, istərsə də bilməyərəkdən ilk cinayət törətmiş məhkum şəxslər var. Əminəm ki, onlar heç də törətdikləri əməldən məmnun deyirlər. Əksinə, öz əməllərində peşmançılıq hissi yaşayırlar. Düşünürəm ki, onlarada belə bir şans verilməlidir. Onlarında bağışlanmaq hüququ var! Və bu hüquq onlara verilməlidir! Necə ki, dünənki tarixdə Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayaraq bu hüququ onlara verdi – onları törətdikləri cinayətlərinə görə bağılşadı!!!
Prezident İlham Əliyevin dünənki və ondan öncəki əfv sərancamı demək olar ki, bütün məhkum şəxslərin qəlbində böyük bir yaşam eşqi yaratdı. Onların “ölmüş ruhlarını” yenidən oyatdı, onlara “yeni nəfəs” verdi, yeni bir yaşamaq ümidi bəxş etdi. İndi onlarda Prezidentin əfv sərancamından dolayı azadlığa çıxan digər məhkumlar kimi yaxın günlərdə azadlığa çıxacaqlarının ümidini yaşayır, tezliklə öz ailələrinə qovuşacağı ilə bağlı qapılarının açılacağı günü səbirsizliklə gözləyirlər. Niyə də olmasın!
Götürsək ki, bu günləri azadlığa buraxılan 176 məhkum şəxslər daha ağır cəzaya məhkum edilmiş şəxslərdir ki, onlar bu gün Prezidentin humanizm siyasəti sayəsində əfv sərancamı ilə azadlığa buraxılırlarsa, niyə də aşağı həddə cəzaya məhkum edilmiş şəxslər bu humanizim prinsiplərindən yararlanmasınlar.
Qəbullanaq ki, Çəzaçəkmə Müəssisələrinin indiyə qədər ki, vəziyyət heç də ürəkaçan səviyyədə olmayıb. Təcrübə də göstərir ki, azadlıqdan məhrum edilmiş şəxslər bir çox hallarda məhz müxtəlif növ yolxucu xəstəliklərə elə CÇM-də yoluxublar. Qaldı ki, Allah eləməmiş kimi, indiki həssas dönəmdə CÇM-də hansısa bir məhkum koronavirus infeksiyasına yoluxa. Təsəvvür edirsiniz onda nə baş verər?! Bütün Çəzaçəkmə müəssisələri bu epidemiyaya yoluxacaq. Elə bunların qarşısının alınması və heç yaranmasın deyə cənab Prezident belə bir addım ataraq, ƏFV Sərancamı imzalayıb. Əminəmdə ki, bu davamlı olaraq mərhələli şəkildə həyata keçiriləcək.
Bir məsələnidə qeyd edək ki, belə məqamda məhkəmələrində üzərinə böyük bir məsuliyyət yükü düşür.Deyə biıərsiniz ki, nədir o məhkəmələrin üzərinədüşən yük!
Bilirsiniz ki, bir çox hallarda məhkum edilmiş şəxslər onlara verilən cəzadan narazı qalaraq çıxarılmış hökmdən yuxarı instansiya məhkəmələrinə müraciət etmək zorunda qalırlar. Məhz belə məqamlarda məhkəmələrin üzərinə “ədalət yükü” düşür. Belə vəziyyətdə məhkəmələr qərar qəbul edib hökm çıxararkən maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə deyil, aşağı həddə hökm çıxarmalıdırlar.
Bu gün həbs cəzası ilə məhkum edilmiş şəxslər var ki, onların barəsində yüngül cəza növü təyin etmək mümkün idi. Hansı ki, hökm çıxarılarkən onların barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsini tətbiq etməklə, cinayət törətmiş şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilərdilər. Lakin məhkəmələr hökm çıxararkən bu hallara üstünlük vermirlər. Məhkəmə təcrübəsində daha çox şəxslərin həbs olunması halları ilə rastlaşılır! Belə hallarda da “cəza evləri” məhkum axını ilə müşayət olunur.
Ona görə də cənab Prezident məhkəmələrin üzərinə məsuliyyətli olmağı, cəzalarla bağlı hökmlər çıxararkən daha ədalətli qərar qəbul etmələrini tələb qoymalı və bu istiqamətdə işlək nəzarət mexanzmi tətbiq etməlidir.
Əminəm ki, Ulu Öndər Heydər Əliyevin humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyevin də özünün davamlı olaraq qəbul etdiyi əfv və amnistiya qərarları sayəsində bir çox məhkumlarımızın bundan sonra da cəzaçəkmə müəssisələrini tərketmə prosesi uğurla davamlı olaraq həyata keçiriləcəkdir.

RAMİN MƏHƏMMƏDOĞLU – Jurnalist

Şərhlər

XƏBƏR LENTİ