Oqtay Şirəliyev haradadır? Qubanın Qələdüz kəndindəki villasında
- 5-04-2020, 15:45
- 3 008
Çox təəssüf ki, bu fəlakətlə mübarizədə bir başa məsuliyyət daşıyan səhiyyə nazirimiz Oqtay Şirəliyevin sifətini görən olmayıb. Bircə dəfə güc-bəla ilə televizora çıxardıb can-dərdi danışdırıblar. Onda da cənab nazir dedi ki, evdən bayıra çıxmayın, evdə qalın.
Əcəba, evdə qalmaq yaxşıdırsa, cənab nazir ilin günün bu vaxtında Qubada nə gəzir?
NUH.az-a daxil olan məlumata görə, cənab nazir hazırda Qubanın Qələdüz kəndindəki villasında dincəlir.