Evdən çıxmağa icazə üçün SMS-lərə ən gec bir saata cavab veriləcək
- 3-04-2020, 13:24
- 1 117
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov Azərbaycanda karantin rejimində evdən çıxma qaydalarını açıqlayarkən deyib.
Onun sözlərinə görə, cavablar 5-10-15 dəqiqə gecikə bilər:
"Ümumiyyətlə, biz planlaşdırıq ki, SMS-lərə ən gec bir saat ərzində cavab verilə bilər. Vətəndaşlar öz işlərini planlaşdırarkən bu bir saatı nəzərə alsınlar. Bir saat qabaqcadan öz müraciətlərini etsinlər. Əgər onların müraciətindən sonra icazə SMS-i almayıblarsa, vətəndaşlar səbrli olsunlar. Ümumiyyətlə cavab gəlməsə, aidiyyatı üzrə Çağrı Mərkəzinə - "9108" nömrəsinə müraciət etsinlər".