"DTX-nın bizim rayona gəlməsi mümkündür” – Biləsuvarın deputatı
- 1-04-2020, 09:35
- 2 327
Deputat seçiciləri ilə birbaşa bağlantıda onların şikayətlərini dinləyib və suallarına cavab verib.
İzləyicilərdən biri Biləsuvar rayonundakı ədalətsizlikdən danışarkən DTX-nın bu rayonda da əməliyyat keçirməsinə zərurət olduğunu deyib.
Buna deputatın cavabı isə gözlənilməz olub.
Belə ki, seçiciyə cavabında “DTX-nın bizim rayona gəlməsi mümkündür” deyən Bəhruz Məhərrəmov əlavə edib ki, bu, icra hakimiyyəti ilə adıçəkilən qurumun arasında olan məsələdir. (yenisabah)