DTX-nin həbs etdiyi icra başçısının kadrı vəzifəsindən azad edildi

Cəmiyyət

Goranboy Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifədən azad edilib.

Elçin Şəmil oğlu İsmayılov icra başçısı Məhərrəm Quliyevin əmri ilə vəzifədən kənarlaşdırılıb.

Qeyd edək ki, E.İsmayılov uzun illər - əvvəlki icra başçısı Nizaməddin Quliyevin dövründə də müavin vəzifəsini tutub, YAP-ın Goranboy rayon şöbəsinin sədri olub. Yerinə hələki təyinat olmayıb.
Xatırladaq ki, N. Quliyev Ağstafadan əvvəl, 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.