Baş konsulumuzun "dünyadan xəbəri yoxdur"? - Belə anlaşılır...
- 17-03-2020, 12:59
- 1 206
FETÖ ilə əlaqələr ittihamı ilə istintaqa cəlb olunan “Palmali Gruop”un sahibi haqqında artıq həbs-qətimkan tədbiri seçilib.
Mübariz Mənsimovun həm də Azərbaycan vətəndaşı olduğunu nəzərə alsaq o zaman hökumətin bu duruma biganə qalmaması vacibdir.
Gununsesi.org-un əməkdaşı Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevdən bu barədə soruşub.
Maraqlıdır ki, baş konsulumuz bu həbsdən məlumatsız olduğunu iddia edərək, əlavə şərh verməkdən imtina edib: “Baş Konsulluqda Mübariz Mənsimovun həbsi barəsində hər hansı bir rəsmi məlumat yoxdur”.