Azərbaycanda nazir müavini VƏZİFƏSİNDƏN AZAD EDİLDİ

Cəmiyyət

İqtisadiyyat Nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilmişdi. O, bu təyinata qədər Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.