Nəsimi polisində yeni təyinat
- 10-03-2020, 22:02
- 1 451
“Yenisabah”ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu barədə müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Füzuli Əhmədov tutduğu vəzifədən azad edilərək, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Füzuli Əhmədov Sumqayıt ŞPİ-də baş müstəntiq, İstintaq Şöbəsinin rəis müavini və rəis vəzifələrində çalışıb.