SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keşmiş deputatdan DGK sədrinə daha bir istefa alibisi... - "Neomonopoliyanı özüm gördüm..."

Keşmiş deputatdan DGK sədrinə daha bir istefa alibisi... - "Neomonopoliyanı özüm gördüm..."

Tarix:

6-03-2020, 11:07

/ 903 dəfə oxundu.
Keşmiş deputatdan DGK sədrinə daha bir istefa alibisi... - "Neomonopoliyanı özüm gördüm..."

Keçmiş deputat Nazim Baydəmirli gömrükdə başına gələnlərlə bağlı status paylaşıb. Nazim Baydəmirli "gömrükdə monapoliya yoxdur!" deyənlərə müraciətən yazır:

""Lexus" üçün Dubaydan göndərilmiş lyuku almaq üçün terminala getdim.. və neomonopoliyanı özüm gördüm, müşahidə etdim.. Dubaydan 29 kq və hər kq 1.5 dollar olmasına baxmayaraq 43.5 dollar əvəzinə sənədi mənə vermək üçün 109 dollar aldılar, çek istədim vermədilər, ödənişi kartla etməyə cəhd etdim izah etdilər ki, pul Dubay firmasına aiddir, nağd verməlisən.. Sonra sklada keçdik, malı tapdıq və sadə deklarasiya yazmağa 5 manat aldılar və sklad pulu SilkWay şirkətinə 41.6 manat ödədim malı buraxdılar.. Dubaya da 700 dollar öncədən göndərmişdim..
P. S. Ancaq gömrük işçiləri məni tanıdılar və normadan da yaxşı davrandılar, növbə gözlətmədilər, hər şeyi özləri təşkil etdilər.. Monopoliya gömrükdən daha yuxarıda qurulub və idarə olunur..." (teref.az)

DİA.AZ xatırladır ki, Səfər Mehdiyev DGK sədri kürsüsünə əyləşdiyi ilk günlərdə "gömrükdə inhisar yoxdur, bircə belə fakt göstərin, istefa verəcəm" deyərək çağırış etmişdi. Doğrudur, DGK sədrinin bu çağırışına az qala bütün Azərbaycan xalqı elliklə qoşuldu və yerli KİV-də inhisarçılığı sübutlayan faktlar bir-birinin ardına düzüldü. Lakin sonradan aydın oldu ki, Səfər Mehdiyev bu açıqlaması ilə sən demə, zarafat edirmiş... yəni bu açıqlamasında ciddi olmayıb.

Odur ki, keçmiş deputatın son dəlil-sübutunu da mənasız fakt təqdimatlarından növbətisi kimi qəbul etməli olacağıq.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ