Azərbaycan qəzetindən azərbaycanlı milyarder qardaşları Mənsimovlara atmaca...
- 13-04-2017, 14:03
- 115 063
Lakin toy mərasimi Azərbaycanda yox, Türkiyədə baş tutub. İstanbulun dəbdəbəli saraylarından sayılan “Çırağan”da keçirilən ziyafətdə 500-dən artıq qonaq iştirak edib. Onların arasında hər iki ölkənin rəsmi şəxsləri olub. Həmçinin başqa dövlətlərdən də Mənsimovlara yaxın olanlar iştirak edib. Toy mərasiminin ən yaddaqalan və maraq doğuran hissəsi səhnəyə tanınmış pop ulduzlar Murad Bozla Hadisənin çıxması olub. Hətta bununla bağlı Türkiyənin şou proqramlarında söhbət açılıb.
Təbii, toy-nişan hər evin bəzəyi, hər valideynin görmək istəyidi. Biz də öz növbəmizdə Şahin bəylə Zümrüd xanıma xoşbəxtlik, ailə səadəti, layiqli övladlar yetişdirməyi arzulayırıq. Amma biznesmen balaları bir məqamı unutmasınlar ki, dəbdəbəli toyun baş tutmasında “Futbol+”in də əməyi olub. Mənsimov qardaşlarının qəzetimizə borclu olduqları 9 min manatı ödəməməsinin və ya ödəyə bilməməsinin kökündə, sən demə, məlum ziyafət durubmuş. “Kasıb” qardaşlar büdcələrinə bacardıqca qənaət erməyə çalışıblar ki, şənlik yaddaqalan olsun. Murad Boz və Hadisə kimi tanınmışlar toyda iştirak etsin. “Futbol+”ə borclu olduqları pulu versəydilər, adı çəkilən müğənnilərdən hansısa biri həmin gün “Çırağan”da olmayacaqdı. Bu isə qardaşların imicinə ciddi zərbə sayılardı. Sadəcə, məsələni sivil yolla həll etmək mümkün idi. Redaksiyaya 9 min manata ehtiyac duyduqlarını deyərdilər, başa düşərdik. Bəlkə əlavə kömək də göstərərdik. Biz ki onlar kimi xəsis deyilik...