Cavid Qurbanovun keçmişindəki QARA MÜƏMMA... - Hələ də cavabı verilməyib...
- 3-03-2020, 10:59
- 1 070
"Sən demə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov 1994-cü ildə Ulu Öndər, mərhum prezident Heydər Əliyevin fərmanı ilə işdən qovulubmuş. Bu barədə mərhum prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilir: “Cavid Qəmbər oğlu Qurbanov (FƏRMANLA BURADAN TANIŞ OLA BİLƏRSİNİZ) işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.”
Amma sonradan Cavid Qurbanov öz karyerasını yenə də dövlət strukturlarında yüksək vəzifələrdə davam etdirib. O, mərhum prezidentin həmin fərmanından sonra da 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifələrində çalışıb.
2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. Sonra isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Hələlik, Ulu Öndərin yuxarıda bəhs olunan fərmanı barədə Cavid Qurbanovun özü və ya yaxınlarının hər hansı şərhi səslənməyib".
Bu faktı xatırladan oxucumuz DİA.AZ vasitəsilə Cavid Qurbanovdan bu məsələyə aydınlıq gətirməsini istəyir. Biz də öz nözvbımizdə qeyd olunan məqamla bağlı bütün fikirləri olduğu kimi yaymağa hazır olduğumuzu bəyan edirik.
Mövzu diqqətimizdədir...