Bakıda marketlərdə siqaret çəkən kolbasa satılır — FOTO
- 2-03-2020, 13:36
- 1 287
Əslində Belorusiya istehsalı olan məhsulun üzərində Azərbaycan dilində tərcümə xətası gedib.
Hisə verilmiş kolbasanı tərcüməçilər siqaret çəkən kolbasa şəklində təqdim ediblər. Yəqin ki, tərcüməçi ya dili gözəl bilməyib, ya da müəssisə ümumiyyətlə tərcüməçi tutmaq zəhmətindən uzaq qalmaq üçün internet üzərindən tərcümə xidmətindən istifadə edib. Ucuz ətin şorbası olmaz deyirdilər, amma ucuz tərcümədə kolbasa siqaret çəkə bilərmiş.
Bizimyol.info