Zümrüd Yağmurun 3 tələbi təmin olundu - Rəsmən boşandılar
- 27-02-2020, 08:08
- 839
Teleqraf.com xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Zümrüd Yağmurun iddiası təmin olunub.
Qeyd edək ki, Zümrüd Qəhrəmanlı iddia ərizəsində nikahın pozulması, alimentin təyin edilməsi və yetkinlik yaşına çatmayan uşağının ona verilməsi barədə iddia qaldırmışdı.
O, iddia ərizəsini ötən il avqustun 1-də Abşeron rayon Məhkəməsinə təqdim edib.
Onu da qeyd edək ki, bu məhkəmə iddası qaldırılandan bir neçə gün sonra Fuad Qəhrəmanlı Zümrüd Yağmuru döyüb, ona işgəncə verib.
Xatırladaq ki, Fuad Qəhrəmanlı AXCP sədrinin müavinidir.