Ləman Ələşrəfqızından Aqiyə Naxçıvanlıya: "Nəfəsiniz də oğurluqdur"
- 25-02-2020, 13:16
- 2 119
Bu sözləri 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd, telejurnalist Ləman Ələşrəfqızı deyib.
O, qalib gəldiyi məntəqədə nəticələrin ləğvinə etirazını bildirib. "Mən bu məntəqədə 203 səslə 116 səs yığan Aqiyə Naxçıvanlını üstələmişəm", - deyə o vurğulayıb.
Ləman Ələşrəfqızı əlavə edib ki, adıçəkilən məntəqədə Aqiyə Naxçıvanlının qohumları da səs verib. Buna baxmayaraq, o, səs yığa bilməyib.
"Al, bu rəqəmlər də sənin olsun. Nəfəsiniz də oğurluqdur", - deyə Ləman Ələşrəfqızı fikirlərini yekunlaşdırıb.
MSK bu gün 117 saylı Oğuz-Qəbələ seçki dairəsində seçki ilə bağlı şikayətlərə baxıb.