İcra başçısı intihar edən məmurun yerinə onu TƏYİN ETDİ

Cəmiyyət

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinə müdir təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Abdin Fərzəliyevun müvafiq əmri ilə Sadıqov Yusif Sadıq oğlu bu şöbənin müdiri təyin olunub.

Xatıradaq ki, bundan əvvəl sözügedən vəzifədə 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu olub. O, ötən ilin dekabr ayında yaşadığı evdə özünü asaraq intihar edib.