Xətainin icra başçısı özünü o qədər arın-arxayın hiss edir ki... - İTTİHAM
- 18-02-2020, 10:11
- 1 247
Çünki ölkə Prezidenti məhz Rafiq Quliyevində İcra Hakimiyyətinin başçısı təyinatı zamanı onlara dövlət üçün birinci insan amilinin rol oynamasını xatırlatmışdı. Təəssüflər olsun ki, məlumatlı mənbənin verdiyi informasiyaya görə bəzi kluarlarda özünü hakim ailənin yaxını kimi təqdim edən Rafiq Quliyev üçün insan amili nəinki birinci deyil, hətta yoxdur. Və zaman onu göstərdi ki, bu şəxs yalnız öz şəxsi büdcəsini düşünməklə Prezident iradəsinə qarşı çıxmır, eyni zamanda ölkə başçısının siyasi kursunu dünyada şübhə altına alan əməllərə də yol verir. Belə ki, Xətai rayonunda mövcud olan 4 DSK-dan, 2-nin nəticələri məhz saxtakarlığa görə ləğv edilməsi konteksində, Rafiq Quliyev hələ də obyektəlrinin dayanmadan işləməsi, daha çox vəsait əldə etmk haqqında düşünür.
Diqqətli oxucuların nəzərinə onu da çatdıraq ki, Xətai rayon Cavanşir küçəsində yerləşən və hər kəsin “Rafiq Quliyevin avtoyuma məntəqəsi” kimi tanıdığı obyekt, illərdir ki, gecənin gec saatlarına qədər, bəzən isə 24 saat belə fəaliyyət göstərir. Rafiq Quliyevin kirvəsi İntiqam adlı şəxsin bacısı Afətin adına rəsmiləşdirilən bu obyektlə bağlı hələ ötən il vətəndaşların polisə və digər aidiyyatı dövlət qurumlarına etdikləri şikayətlər əsasında Bakı şəhər Baş Polis İdarəsi BŞİH-yə və Xətai RİH-yə obyektin təyinatının dəyişdirilməsi ilə əlaqədar rəsmi məktub göndərsə də, lakin həmin məktub naməlum səbəblərdən icra edilmədi. Əslində hər şey məlumdur. Özünü Xətainin padşahı kimi aparan Rafiq Quliyev nədən gəlirli obyektinn təyinatını dəyişdirməlidir? “Mən salim olum, cümlə-cahan batsada, batsın” təfəkkürü ilə rayonu idarə edən bir şəxsə vətəndaş narahatlığı türklər demiş hələ ki, vız gəlir. Və onu da oxucuların nəzərinə çatdırırıq ki, Rafiq Quliyevin obyektlərinin vətəndaşlar üçün yaratdığı narahatlıqlarla bağlı dərc edilmiş araşdırmadan sonra Rafiq Quliyevin adamları kifayət qədər “böyük dəyişikliklər” etdilər. Obyektin üzərindəki “Qarabağlılar 19” lövhəsini çıxarıb, yerinə başqa bir lövhə asdılar. Onu da xatırladaq ki, həmin obyeklə bağlı şikayət hal – hazlrda Xətai rayon 36-cı polis bölməsinin icraatındadır.
Rafiq Qullliyevin seçki saxtakarlığına göz yumması, ölkə Prezidenti cənab İlham Əliyevin iradəsinə qarşı çıxmasının səbəbləri ilə bağlı araşdırmamız davam edir.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Conflict.az