Kəmaləddin Heydərovun oğlu Türkiyədə enerji sektoruna sərmayə qoyub - Sənədlər yayıldı

Cəmiyyət

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun daha bir şirkəti üzə çıxıb.

Mia.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbədəki hesabında məlumat yayıb.

O bildirib ki, T.Heydərov Türkiyədə enerji hasilatı ilə məşğul olan “Neta Enerji Üretimi Limited” şirkətinin də payçılarındandır: “18 fevral 2010-cu il tarixdə təsis olunan və nizamnamə kapitalı 50 min lirə təşkil edən şirkətin 45 min lirəlik 1800 səhmi Tale Heydərova, 5 min lirəlik 200 səhmi isə Türkiyə vətəndaşı Hasan Dündara aiddir.Şirkətin hüquqi ünvanı: Evliya Çelebi Mah. Yasemin Sok. No:11 Tuzla, İstanbul”.