İsmayıllıda itkin düşən qızın oğlanla Xızıya qaçdığı məlum olub
- 4-02-2020, 17:08
- 979
İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədova Ayişə Mehman qızı yanvarın 30-da itkin düşüb.
İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədovanın yeri müəyyənləşib.
Məlum olub ki, o, yanvarın 30-da yaşadığı evdən çıxaraq Bakıya gəlib, orada Xızı rayonunun Türkoba kənd sakini Rüstəmli Osman Şakkat oğlu ilə görüşərək evlənmək məqsədilə Xızı rayonuna gedib.
Faktla bağlı araşdırma aparılır.