Musa Quliyevin Gəncədə qurduğu imperiyası
- 4-02-2020, 09:58
- 1 165
M.Quliyevin bacısı oğlu Gəncə şəhərində car çəkmişdir ki, mənim dayım bu seçkilərdə də deputat olacaq.Deputatın qohumları bu qurduqları imperiyadan istifadə edərək Bakıda və Gəncədə böyük biznes şəbəkəsi qurublar. Müxtəlif şəxslərin adına olan bu biznes şəbəkələrinin qazancı Musa Quliyevin cibinə gedir. Kəpəz rayonunun icra başcısı E.Xudiyev güclü əlaqələri ilə nəinki Kəpəz rayonunda, hətta bütün Gəncə şəhərində aparılan tikinti işlərinə nəzarət edir və külli miqdarda qeyri-qanuni gəlir əldə edir. Bu gücündən istifadə edərək o, Kəpəz rayon İcra Hakimiyyətinin, bütün təhsil, səhiyyə, mədəniyyət idarələrinin rəislərinə tapşırıq verir ki, həmin idarələrin işçiləri və onların qohumları Musa Quliyevə səs versinlər. Hal-hazırda əhali arasında karusel əməliyyatı üçün təlimatların verilməsi hamıya məlumdur.
Musa Quliyev əhalinin böyük etirazlarından və çətin vəziyyətdə qalacağından ehtiyat edərək heç bir səyyari görüşə çıxmır, sadəcə işçilərinin ya da yaxın adamlarının evlərində və ya, planlaşdırılmış və seçilmiş insanların iştirak etdiyi görüşlərdə dırnaqarası təbliğat işləri aparır. Opponenti Vəli Dünyamalıyevə Musa Quliyevin tapşırığı nəticəsində polis təziyiq göstərmişdir. Xatırladaq ki, Musa Quliyev 3 dəfə Kəpəz rayonunu əhatə edən 40 saylı seçki dairəsindən deputat seçilmiş və ancaq seçki ərəfəsində Gəncə şəhərinə gəlmişdir. Bu müddət ərzində heç bir seçicinin problemi ilə maraqlanmamışdır. Buna baxmayaraq yenidən seçilmək istəyir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
aktualxeber.az