Elşad Hacıyev: "Qanunu pozmayan şəxslə polisin nə işi var?"
- 2-02-2020, 12:57
- 1 540
Bunu “Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"Hamı yaxşı bilir, indi bu, sirr deyil, belə şəxslərin polis təzyiqilə iddiallar səsləndirməsində məqsədi siyasi dəhlizlərdə öz reputasiyasını artırmağa yönələn uydurmadır, böhtandır. Bu gün sosial medianın imkanları hesabına özünü qəhrəmanlaşdıran şəxslərin müxtəlif bəhanələrlə polisə qarşı virtual hücumlar etməsində məqsəd məlumdur. Bu şəxslər öz təbliğatlarını əsasən polisə ləkə vurmaqla sosial media üzərində qururlar. Sual edirəm, qanunu pozmayan şəxslə polisin nə işi var?" - E.Hacıyev qeyd edib.