SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Dairədəki işsizliyin aradan qaldırılmasına çalışacam” - Araz Hüseynli fəal seçki kampaniyası aparır + FOTOLAR

“Dairədəki işsizliyin aradan qaldırılmasına çalışacam” - Araz Hüseynli fəal seçki kampaniyası aparır + FOTOLAR

Tarix:

1-02-2020, 13:05

/ 2 149 dəfə oxundu.
“Dairədəki işsizliyin aradan qaldırılmasına çalışacam” - Araz Hüseynli fəal seçki kampaniyası aparır + FOTOLAR

9 fevral növbədənkənar parlament seçkilərində 13 sayli Xəzər-Pirallahi Seçki Dairəsindən deputatlığa namizəd, ehtiyatda olan zabit Hüseynli Araz Heydər oğlu fəal seçki kampaniyası aparır.

Deputatlığa namizəd dairədəki hər bir seçici ilə görüşərək, seçki platformasını açıqlayır, millət vəkili seçilərsə görəcəyi işlər barədə məlumat verir.
Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən islahatlar barədə də seçicilərini məlumatlandıran Araz Hüseynli yeni təfəkkürlü, yeni düşüncəyə malik şəxslərin parlamentə təmsil olunmasının zəruriliyini vurgulayır.
Araz Hüseynli növbədənkənar parlament seçkilərində iştirak etməkdə məqsədinin təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həll edilməsi, dairədəki işsizliyin aradam qaldırılması üçün yeni iş yerlərinin açılması istiqamətində çalışmaq olduğunu bildirib.
“Dairədəki işsizliyin aradan qaldırılmasına çalışacam” - Araz Hüseynli fəal seçki kampaniyası aparır + FOTOLAR




Şərhlər

XƏBƏR LENTİ