Hicran Hüseynovanın seçki şousu: işsizlər, pensiyaçılar…
- 24-01-2020, 15:03
- 1 481
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri H.Hüseynovanın rəqibləri ona alternativlər dekorasiyası yaratmaq üçün namizəd olublar.
H.Hüseynova ilə eyni dairədə “ATA HÜQUQ” MMC direktoru Elnur Abbaszadə, işsizlər Könül Alıyeva, Kamil Bədəlov, Murad Rəhimli, təqaüdçülər Əli İskəndərov, Vüqar Xəlilov, Tahir Əliyev, vəkil Nəsimi İsayev, sahibkar Bəhruz Mehdiyev deputatlıq üçün “yarışacaq”lar.
Həmçinin, “Lider-Modern” MTK-nın hüquqşünası Emin Nəbiyev, Sumqayıt bələdiyyəsindən Yusif Zamanlı və bir neçə şəxs namizəddir. Bir sözlə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən H.Hüseynovanın mandatı hazırdır.
Reportyor.info