Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub
- 23-01-2020, 21:05
- 1 281
APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.