SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hacı Salayevin namizədliyini geri götürməsinin əsas səbəbi...

Hacı Salayevin namizədliyini geri götürməsinin əsas səbəbi...

Tarix:

23-01-2020, 18:05

/ 973 dəfə oxundu.
Hacı Salayevin namizədliyini geri götürməsinin əsas səbəbi...

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayev namizədliyini geri götürüb...
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyi qeydə alınmış sabiq millət vəkili Hacı Salayevin namizədliyini geri götürdüyü bildirilir.

Sfera.az-a daxil olan məlumata görə, Hacı Salayev bununla bağlı qərarı ötən gün qəbul edib.

Maraqlıdır ki, Hacı Salayev bundan əvvəl də namizədliyini irəli sürdüyü dairədən deputat olub. Həmin dairədə hazırkı namizədlərin siyahısına baxarkən ciddi bir rəqib görünmür.

Hakim Yeni Azərbaycan Partiyasının dairədəki namizədi də tanınmış şəxs deyil. Hətta Sumqayıt uşaq xəstəxanasının baş həkimi olan Müşfiq Məmmədlinin şeirlə hazırladığı video-klipi sosial mediada müzakirə və tənqid olunmuşdu.

Digər az-çox tanınmış namizəd, Sumqayıt bələdiyyəsinin sədr müavini olan, şahmatçı Zeynəb Məmmədyarova da ciddi rəqib kimi görünmür. Şahmat karyerasını çoxdan başa vurmuş bu xanım daha çox keçmiş həyat yoldaşı Gülağa Tənha ilə qalmaqalı ilə yadda qalıb. Onun Gülaga Tənha ilə problemləri sosial mediada çox müzakirə olundu, hətta keçmiş həyat yoldaşını zəhərləməsi ittihamı ilə də qarşılaşdı.

Dairədəki digər namizdələr isə ictimaiyyətə az tanış olan və ya tanınmayan şəxslərdir.

Maraqlıdır ki, bir neçə gün əvvəl Bakupost saytının keçirdiyi sorğuda da 44 saylı dairənin favoriti Hacı Salayev olmuşdu. Bu isə o deməkdir ki, son günə qədər Hacı Salayev deputatlığa namizəd kimi ərazidə olub və iş aparıb.

Belə olanda sual yaranır: Hacı Salayev namizədliyini niyə geri götürüb? Sabiq deputata başqa vəzifə təklif olunur? Yoxsa hansısa başqa səbəblər var?

Əməkdaşımızın cəhdlərinə baxmayaraq, məsələni özü ilə dəqiqləşdirmək üçün Hacı Salayevlə telefon əlaqəsi yaratmaq mümkün olmayıb.

Xatırladaq ki, Hacı Salayev 2010-cu il IV-cü və 2015-ci il V-ci Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Şərhlər

XƏBƏR LENTİ