Deputatlığa namizəd Tural Zeynalov seçicilərə ərzaq paylayaraq seçki qanunu pozdu
- 23-01-2020, 14:45
- 1 142
Hal-hazırkı seçkilərdə deputatlığa namizədlərin böyük bir qismi oliqarx, iş adamı olduğunu nəzərə alaraq deyə bilərik ki, onların çoxu keçmiş təcrübələrində hətta hər seçiciyə pul paylamaq eşqinə də düşüb. Seçicilər arasında isə bu haqda məlumat yoxdur və bir çox hallarda asfalt çəkən, zibil qabı qoyan və s. xeyriyyəçilik əməlləri ilə rəğbət qazanmaq istəyən namizədlərə gözün üstə qaşın var deyən olmur, əksinə insanlar elə bilir ki, deputat xeyriyyəçiliklə seçilməlidir. Ancaq unutmaq olmaz ki, hökümət rəsmiləri də dəfələrlə xəbərdarlıqlar etdi ki, ənənəvi yollardan istifadə etməyin, yəni namizədlər arxayın şəkildə qanunları poza-poza seçkiyə getməyi düşünməsin, onların namizədliyi istənilən an ləğv edilə bilər.