18 nəfər deputatlığa namizədliyini geri götürdü
- 21-01-2020, 12:53
- 1 054
APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, indiyə qədər 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Qeyd edək ki, MSK sədri Məzahir Pənahov MSK-nın yanvarın 19-da keçirilən iclasında 1560 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını bildirmişdi. Beləliklə, ötən 2 gün ərzində 18 nəfər deputatlığa namizədliyini geri götürüb.