XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Amrahbank”ın sahibləri də Milli Məclisə iddialıdır

“Amrahbank”ın sahibləri də Milli Məclisə iddialıdır

“Amrahbank”ın sahibləri də Milli Məclisə iddialıdır
20-01-2020, 17:31

Xətai rayon prokuroru, Baş ədliyyə müşaviri Yusif İldırımzadənin qardaşı oğlu, “Amrahbank”ın ASC-də Müşahidə Şurası sədrinin problemli kreditlər üzrə müşaviri Ülvi İldırımzadə də növbədənkənar parlament seçkilərinə qatılıb...
O, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Sözügedən dairədən Yeni Azərbaycan Partiyasını İmanverdi İsmayılov təmsil edib və hazırda da partiya tərəfindən onun namizədliyi irəli sürülüb.

Hazırda rəqiblər arasında ciddi çəkişmənin getdiyi iddia olunur. Həmin dairədən ümumilikdə 29 nəfər namizədliyini irəli sürüb.

“Amrahbank”ın ASC isə İldırımzadələrə məxsusdur. Belə ki, Bankın Müşahidə Şurasının sədri İldırımzadə Yunis Əli oğludur. O, Ülvi İldırımzadənin atasıdır.

arqument.az
“Amrahbank”ın sahibləri də Milli Məclisə iddialıdır

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.