Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi
- 20-01-2020, 13:00
- 1 147
E.Əliyeva 89 yaşında vəfat edib.
E.Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə "Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində "İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.
1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.
2010-cu ildə təqaüdə çıxdıqdan sonra da mətbuatla fəal əməkdaşlıq edib.
Allah rəhmət eləsin!