Ramiz Mehdiyevdən sələfinə ittiham: - “AMEA-da xoş olmayan hallar yaşanıb”
- 15-01-2020, 19:36
- 1 096
AzEdu.az-a istinadən xəbər veririk ki, bu sözləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.
Akademik ürəkaçan olmayan vəziyyətlə bağlı tədbirlər keçirildiyini deyib.
“İnnovasiya Fondunu yaratmışıq və buradan akademiyaya əlavə gəlirlər gələcəyinə ümid edirik. Xoş olmayan hallar AMEA-da yaşanıb və bundan sonra bu istiqamətdə müsbət tədbirlər görüləcək”.
Qeyd edək ki, AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında akademiyanın bölmə rəhbərləri və institut direktorları hesabah məruzələri ilə çıxış ediblər.