Xanhüseyn Kazımlının qızı ilə bağlı müəmma...
- 15-01-2020, 14:41
- 1 670
Yenisabah.az xəbər verir ki, Əsli Kazımovanın Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi sənədlərdə də onun “Bank Respublika”da şöbə müdiri vəzifəsində çalışdığı qeyd olunub.
Lakin Xanhüseyn Kazımlı hansı səbəbdən bu faktı gizlətməyə çalışır. O, Unikal.org-a verdiyi açıqlamada bildirib ki, qızı müəllimədir. "Yazırlar ki, qızım bankda işləyir, bu məlumatlar doğru deyil. Özü universitetdə müəllimdir, namizədlik müdafiə edib. Qızımın biliyinə və savadına söz ola bilməz. Özü millət vəkili olmaq istəyir. Əsl deputat olmağa layiq şəxsdir", - deyə Xanhüseyn Kazımlı bildirib.