Azərbaycan generallarını kimlər QARŞI-QARŞIYA qoyur?
- 14-01-2020, 09:44
- 1 147
Miq.Az xəbər verir ki, bu sözləri özünün şəxsi feysbuk səhifəsində jurnalist Rəşad Süleymanov yazıb:
Jurnalistin sözlərinə görə, Əbiyev dönəmində bu tip intriqaların yaradılması və həyata keçirilməsində ad çıxarmış bir iki nəfər vardır. Bir aya yaxındır müşahidə və analiz edirəm. Öncə Müdafiə nazirini sərt şəkildə tənqid etdilər. İndi tənqidi dayandırıb, başlayıblar Müdafiə Nazirliyi sistemində xidmətdə olan bəzi generalları (əsasən müsbət imicə malik) və digər hərbi qurumlarda, xidmət edən yüksək vəzifəli şəxsləri tərifləyib və bu tərif arasında Müdafiə Nazirliyinin rəhbərliyinə söz atmağa:
"Bu oyunu oynayanların "dabbaqda gönünə bələdəm". Onların kimin fətvası ilə oynandğını da yaxşı bilirik. Nəyə xidmət etdikləri bəllidir: Müdafiə Nazirliyində nazirlə bəzi generallar arasında nifaq yaratmaq, Müdafiə Nazirliyinin və digər güc strukturlarının, xüsusilə DSX, SHXÇDX və DİN Daxili Qoşunlarının rəhbərliyini üz-üzə qoymaq.
Bütün bu gedişlər Rusiyanın Azərbaycan Ordusundakı "səfirinin" əlinə oynayır."-deyə Süleymanov bildirib.