XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Kamaləddin Qafarov seçki qanununu pozdu - DSK niyə hərəkətə keçmir?

Kamaləddin Qafarov seçki qanununu pozdu - DSK niyə hərəkətə keçmir?

Kamaləddin Qafarov seçki qanununu pozdu - DSK niyə hərəkətə keçmir?
8-01-2020, 11:40

Parlamentin “lal deputat”larından sayılan Kamaləddin Qafarovun tərəfdarları seşki qanunu pozaraq sosial şəbəkədə deputatın təbliğatın aparırlar...
Deputat Kəmaləddin Qafarovun tərəfdarları seçki qanununu kobud şəkildə pozurlar. Qanunvericiliyə əsasən bu deputat barədə Dairə Seçki Komissiyası ciddi qanuni ölçü götürməlidir.

Qeyd edək ki, son günlər sosial şəbəkədə deputat Kəmaləddin Qafarovun təbliğatı aparılır. Şəkildən gördüyünüz kimi Kərəm Ələsgərov adlı “Facebook” istifadəçisi Kamaləddin Qafarovu açıq şəkildə təbliğ edir, bu isə seçki qanunvericiliyinə ziddir.

Xatırladaq ki, Seçki Məcəlləsinin 75.2-ci maddəsinin tələbinə görə isə seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və 24 saat qalmış başa çatır. Beləliklə, namizədin tərəfdarları Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq vaxtından əvvəl təvşiqata başlayıblar. Bu barədə namzidəin qeydə alındığı 9 saylı Binəqədi İkinci Seçki Dairəsinin Dairə Seçki Komissiyası həmin şəxsə ciddi xəbərdarlıq etməli, belə hadisə baş verərsə, namizdəliyə xitam verilməsi barədə məsələyə baxmalıdır. Lakin qanunvericiliyin açıq tələblərinə baxmayaraq 9 saylı Binəqədi İkinci Seçki Dairəsinin Dairə Seçki Komissiyası YAP-ın namizədinin qanun pozuntusunu ya görmür, ya da gözrməməzlikdən gəlir.

Pia.az
Kamaləddin Qafarov seçki qanununu pozdu - DSK niyə hərəkətə keçmir?

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.