"Xəzər” TV-də vergi yoxlamalarına başlanıldı — Əli Həsənovun oğlu telekanaldan uzaqlaşdırıldı

Cəmiyyət

Vergilər Nazirliyi “Xəzər” TV-də yoxlamalara başlayıb...

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hazırda sözügedən telekanalda vergi yoxlamaları həyata keçirilir.

Telekanala rəhbərlik edən Şamxal Həsənov isə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Şamxal Həsənov Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğludur.