Meyxanaçı Kərimə ağır itki üz verib

Cəmiyyət

Bir neçə gün bundan qabaq beyninə qan sızıb, xəstəxanaya yerləşdirilən meyxanaçı Kərimin ailəsinə ağır itki üz verib.
Bu barədə meyxanaçı Ağamirzə məlumat verib.

O bildirib ki, bu gün meyxanaçının anası Xanım Novruzova dünyasını dəyişib.

Qeyd edək ki, insult keçirən meyxanaçı Kərim hazırda Mərkəzi Klinik Xəstəxanadadır. Vəziyyətinin yaxşı olduğu deyilir.