Bahar Muradova komitə sədri gətirlir - İDDİA
- 30-12-2019, 11:27
- 1 371
Qeyd edək ki, yeni siyahıda adı olmayan keçmiş deputatlar da var. Onlardan biri də parlamentin vitse-spikeri olan Bahar Muradovadır. JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, Bahar Muradovanın namizədlər siyahısına düşməməsinin səbəbi artıq bəllidir. Məlumatlara görə, Muradova deputat mandatı və vitse-spiker postunu itirmək müqabilində, yeni vəzifə alacaq. Belə ki, onun yaxın günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri postuna gətiriləcəyi gözlənilir.