Tofiq Rəfiyevə Prezidentin fərdi təqaüdü təyin olunub

Cəmiyyət

Prezident İlham Əliyev Tofiq Rəfiyevə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Tofiq Yusuf oğlu Rəfiyev Azərbaycan müdafiə sənayesinin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə fərdi təqaüdə layiq görülüb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.